“Valyadolid” Rəşad Sadıqovun xidmətində maraqlı deyil!
26.12.2008 - 11:09
“Valyadolid” Rəşad Sadıqovun xidmətində maraqlı deyil!
“Valyadolid” Rəşad Sadıqovun xidmətində maraqlı deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında ispaniyalı jurnalist Feliks Martialay deyib.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun İspaniyanın “Valyadolid” klubunda baxışda olmasına münasibət bildirən həmkarımızın fikrincə, 26 yaşlı müdafiəçinin Primeroda oynaması inandırıcı deyil: “Valyadolid” sizin futbolçunu sınaqdan keçirdi. Artıq baxış müddəti bitdiyindən Sadıqov vətəninə qayıdıb. Komandada onu heyətə qatmaqda maraqlı olmadıqlarını deyirlər. Sadəcə, baxışdan keçdi və onu bəyənmədilər”.

Qeyd edək ki, İspaniyanın nüfuzlu jurnalistlərindən sayılan Martialay ölkəsinin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasındakı (İFFHS) təmsilçisidir.
0