İlin son cəzaları
26.12.2008 - 11:11
İlin son cəzaları
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsinin (NİK) 2008-ci ildə son iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda bir sıra önəmli qərarlar çıxarılıb.

NİK “Qalatasaray”la derbi matçda Hakimlər Komitəsinin sədri Oğuz Sarvanı təhqir edən “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörəni sərt cəzalandırıb. Üç ay stadionlara girişi qadağan edilən klub rəhbəri 40 min YTL cərimə də ödəməli olacaq. Bundan başqa, həmin oyunda meydana daxil olaraq, hakimə təzyiq göstərən “Beşiktaş”ın dörd rəsmisi 15 günlük cəzaya məhkum edilib.

Toplantıda Superliqanın lideri “Sivasspor” klubunun baş məşqçisi Bülənt Uyğun da cəza alıb. “Gənclərbirliyi” ilə səfər matçından sonra Təhlükəsizlik Xidməti əməkdaşlarını təhqir edən gənc mütəxəssis komandasının növbəti oyununu kənardan izləməli olacaq.
0