Sergey Kravçenkonu Azərbaycan yığmasına kim dəvət edib?
26.12.2008 - 11:48
Sergey Kravçenkonu Azərbaycan yığmasına kim dəvət edib?
“Ağdamın “Qarabağ” klubunda “Şaxtyor”un məşhur yarımmüdafiəçisi Mixail Sokolovskinin oğlu Denis oynayırdı. Məhz o, mənə Azərbaycana getməyi təklif etdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ukrayna milli komandasının futbolçusu Sergey Kravçenko deyib. Qış fasiləsində Poltavanın “Vorskla” klubundan Kiyev “Dinamo”suna keçən 25 yaşlı yarımmüdafiəçi ölkəmizi unuda bilmir. 2005/06 mövsümünün ilk yarısında “Qarabağ”da oynayan Kravçenko bu komandada çıxışını davam etdirə bilərmiş: “Dörd ay yaşadığım Azərbaycan xoşuma gəldi. Tezliklə mənə yeni müqavilə imzalamağı təklif etdilər. Klubun təklif etdiyi maliyyə şərtləri əla idi. Azərbaycan yığmasında oynamağa işarə edirdilər. Ancaq bütün bunları qəbul etməyərək, Poltavanı seçdim. Çünki oyunumu atamın digər keçmiş komanda yoldaşı – Valeri Qoşkoderya izləyirdi. O, məni “Vorskla”nın o vaxtkı çalışdırıcısı, mərhum Viktor Nosova tövsiyə etdi”.
0