AFFA yeni kampaniyaya start verdi
27.12.2008 - 14:15
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yeni kampaniyaya start verib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hazırladığı layihənin gerçəkləşməsinə başlayıb. “Futbol oynayaq, sağlamlığı qoruyaq” devizi altında Bakı şəhərinin müxtəlif rayonlarındakı küçə və məhəllələrdə futbol oynayan uşaqların hər birinə AFFA tərəfindən toplar hədiyyə olunub. Bununla əlaqədar assosiasiyanın nümayəndələri bu gün Xətai, Nizami, Yasamal və Səbail rayonlarındakı küçə və məhəllələr baş çəkiblər. Onların bu layihə çərçivəsində sabah da Bakının müxtəlif rayonlarının ərazisində olaraq, uşaqlara top hədiyyə edəcəklər.
Qeyd edək ki, AFFA-nın bu kampaniyası dekabrın 31-i axşam saatlarına qədər davam edəcək.
Qeyd edək ki, AFFA-nın bu kampaniyası dekabrın 31-i axşam saatlarına qədər davam edəcək.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0