Hacı Hacıyev: “Azərbaycan futbolu dinamik inkişaf edir”
29.12.2008 - 10:21
“Son illər postsovet məkanında futbolun inkişafı daha dinamik hal alıb. Belə görünür ki, ittifaqın dağılması ilə yaranan çətinliklərin müəyyən hissəsi arxada qalıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Saturn” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev deyib.
Müasir rus futbolunun aparıcı nəzəriyyəçilərindən sayılan tanınmış mütəxəssis keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda bu idman növünün durumunu dəyərləndirib: “Bu aydındır ki, Rusiya həmin vaxt digərləri ilə müqayisədə daha üstün durumda idi. Çünki qitə kuboklarında və dünya çempionatının seçmə oyunlarında oynamaq hüququ onlara verilmişdi. Digər ölkələr isə beynəlxalq arenadakı debütünü bir neçə il gözləməyə məhkum idi. Sevindiricidir ki, təkcə Rusiya deyil, Ukrayna da yüksək səviyyədə çıxış edir. Belarus da inkişaf yolundadır. Azərbaycan və Özbəkistanda isə kifayət qədər dinamik inkişaf müşahidə olunur. Hər yerdə stadionlar, futbol mərkəzləri, məşq üçün bazalar inşa olunur ki, bunların da hamısı müasir tələblərə uyğun şəkildədir. Bütün bu işlər isə adi gözlə də görünən uğurların qazanılmasına töhfə verir”.
Qeyd edək ki, Hacıyev ötən əsrin 80-ci illərinin ortalarında Bakının “Neftçi” klubunda da çalışıb.

0
0