“Anderlext” Azərbaycan yığmasının planını pozdu
29.12.2008 - 11:12
“Anderlext” Azərbaycan yığmasının planını pozdu
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının iki futbolçusu Türkiyədəki hazırlıq prosesindən kənarda qalacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, U-21-nin alman baş məşqçisi Bernard Lippertin dəvət göndərdiyi qapıçı Aqil Məmmədovla hücumçu Bəxtiyar Soltanovun yanvarın 4-dən 10-dək Antalyada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Buna səbəb “Bakı”da çıxış edən futbolçuların yığmanın hazırlıq prosesi dövründə Belçikanın “Anderlext” klubunda baxışa yollanmalarıdır. “Bakı” və “Anderlext” arasında qarşılıqlı əməkdaşlıqla bağlanan müqaviləyə görə gənc futbolçuların Brüsseldə sınaqdan keçməsi nəzərdə tutulub.
0