“Xəzər-Lənkəran” Bolqarıstan yığmasının hücumçusunu alır
29.12.2008 - 11:24
“Xəzər-Lənkəran” Bolqarıstan yığmasının hücumçusunu alır
“Xəzər-Lənkəran” bolqarıstanlı hücumçu Vladislav Mirçevi heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, Varna “Spartak”ının 21 yaşlı hücumçusu Almaniyanın aşağı dəstə təmsilçisi “Maynts” və “Xəzər-Lənkəran” arasında seçim etməlidir.

Əvvəllər Bolqarıstanda “Spartak” və “Çernomorest”də (Burqas) çıxış edən Vladislav son yarım mövsümü Belarusun BATE klubunda oynayıb. Lakin bu komanda heyətində 13 oyuna 4 qol vurub, Çempionlar Liqasının qrup mərhələsinin bir neçə matçında da meydana çıxan futbolçunun transferini birdəfəlik həll etmək istəməyib. Bu səbəbdən icarədən qayıdan hücumçuya yeni komanda axtaran “Spartak” “Xəzər-Lənkəran” variantını nəzərdən keçirir. Bolqarıstanın əsas yığmasına namizədlərdən sayılan Mirçev U-21-də 4 oyun keçirib.

Qeyd edək ki, hazırda “Xəzər-Lənkəran”ın heyətində iki bolqarıstanlı futbolçu Radomir Todorov və Kostadin Cambazov çıxış edir.
0