Bir milyon avroluq futbolçu Azərbaycanda oynamaq istəmir
29.12.2008 - 12:15
Bakının “İnter” klubunun rəqibi geri çəkilib. Apasport.az saytının məlumatına görə, Sofiya “Levski”sinin 32 yaşlı bolqar qapıçısı Georgi Petkovun keçidi ilə bağlı son Azərbaycan çempionu ilə mübarizəyə girişən Rusiya “Amkar”ı bu transferdən vaz keçib. Perm təmsilçisinin prezidenti Valeri Çuprakov Bolqarıstan mətbuatında yeni baş məşqçiləri Dimitar Dimitrovun həmyerlisini komandaya dəvət edəcəyi ilə bağlı yayılan informasiyaları təkzib edib: “Sən demə, Petkovun bizim klubda artıq məvacibini də təyin ediblər. Əslində, digər transfer problemlərimiz var. Qapıçılarımızla bağlı hər şey qaydasındadır. Bu mövqenin oyunçuları ilə bağlı tam komplektimiz var. Üç qapıçımız olduğu halda, digərləri bizə lazım deyil”.
Qeyd edək ki, Petkovu “İnter”ə güzəştə getmək fikrində olmayan permlilərin bu səbəbdən qapıçıya əsl qiymətindən iki dəfə çox – 1 milyon avro ödəməyə hazır olması və artıq müqavilə şərtləri ilə bağlı danışıqlar aparıldığı bildirilirdi. Bolqarıstanın milli komandasında çıxış etmiş, “Levski”də kapitanlıq sarğısını daşıyan Georginin alıcısının sayının azalması çempionumuzun şansını artırır. Təsadüfi deyil ki, bolqarlar təcrübəli qapıçıya hazırda yeganə namizəd kimi “İnter”in adını göstərirlər. Ancaq indi problem Petkovun özü ilə bağlıdır. Belə ki, bahalı futbolçu Azərbaycanda oynamaq istəmir.

0
0