AFFA 46 hakimi Antalyaya hazırlığa göndərir
29.12.2008 - 12:37
AFFA 46 hakimi Antalyaya hazırlığa göndərir
46 azərbaycanlı hakim Türkiyədə hazırlıq keçəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, gələn ilin yanvarın 17-dən 30-a qədər Antalyada keçiriləcək təlim-məşq toplanışı müvafiq olaraq Hakimlər və Hakim-İnspektorla Komitəsinin sədrləri Xaqani Məmmədovla Gülağa Cabbarovun rəhbərliyi altında keçəcək.

Türkiyəyə 21 baş hakim - Fariz Yusifov, Babək Quliyev, Anar Niyazov, Zöhrab Qədiyev, Anar Salmanov, İmanxan Sultani, Rövşən Əhmədov, Əfqan Həmzəyev, Rasim Məmmədov, Fuad Həsənov, Hacıəli Ağayev, Samir Hüseynov, Ceyhun Haşımov, Elçin Səmədli, Elçin Məmmədov, Ramil Diniyev, Zöhrab Əliyev, Elvin Əsgərov, Rauf Cabbarov, Azad Mütəllimov, Tağı Məmmədov və 25 hakim-köməkçisi - Elman Musayev, Ramiz Əsədov, Aydın Ələkbərov, Mehman Mahmudov, İlham Əliyev, Azad Q.Hüseynov, Azər Əsgərov, Orxan Məmmədov, Əliyar Ağayev, Həsən Babayev, Azad Ə.Hüseynov, Roman Vasilyev, Elşən Durmuşov, Eldar Nağıbəyov, Samir Hacıyev, İsgəndər Əliyev, Rauf Məmmədov, Munis Abdullayev, Vaqif Musayev, Aleksandr Musatkin, Azər Məmmədov, Səbuhi Əmrahov, Vasif Məmmədov, Mübariz Haşımov, Habil Əliyev yollanacaq.

Hakimlərimizin toplanış çərçivəsində hər gün ən azı iki oyun idarə etməsi nəzərdə tutulub. Həmyerlilərimiz həmin vaxt Antalyada hazırlıq keçəcək klublarının yoxlama oyunlarında idarəçilik edəcək.

Qeyd edək ki, hakimlərimiz üçün xaricdəki ilk hazırlıq prosesində FİFA hakimlərindən Vüsal Əliyev iştirak etməyəcək. Buna səbəb 38 yaşlı beynəlxalq dərəcəli hakimin həmin vaxt “MDB və Baltikyanı ölkələrinin Birlik kuboku” turnirində ölkəmizi təmsil edəcək.
0