Maradonanı fitə basdılar
29.12.2008 - 12:40
Maradonanı fitə basdılar
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, dünya futbolunun yaşayan əfsanəsi azarkeşlərin təzyiqi ilə üzləşib.

Hadisə Argentina və Uruqvay yığmalarının veteran futbolçularının yoldaşlıq görüşü zamanı baş verib. Oyunda iştirak edəcəyi gözlənilən Maradona meydana çıxmayınca ara qarışıb. Çılğına dönən azarkeşlər etirazlarını şüşə atmaqla və kumirlərini fitə basmaqla büruzə veriblər. Dieqonun fanatlarını sakitləşdirmək cəhdi bəhrə verməyib və onlar stadionu məyus şəkildə tərk ediblər.
0