Aleks fikrini dəyişir
29.12.2008 - 13:27
Aleks de Souza “Fənərbaxça”dan ayrılmaq üzrədir. Apasport.az saytının məlumatına görə, komandanın kapitanı bu haqda şəxsi veb-saytına açıqlamasında deyib.
“Gələcəyimi düşünməyə başladım. Dörd konkret təklif almışam. Hamısı da səviyyəli klublardır və mənim xidmətimdə maraqlıdırlar. Bu məni çox sevindirir” – deyə Aleks bildirib.
Braziliyalı legioner “Fənərbaxça” rəhbərliyinin etinasız münasibətindən gileylənib: “Klubun mövqeyini anlamaqda çətinlik çəkirəm. Dörd ildir komandanın şərəfini qoruyuram. Amma apardığımız danışıqlar məndə şübhə oyatdı. Bu mənə çox pis təsir göstərdi. İlk üstünlük verəcəyim klub “Fənərbaxça”dır. Ancaq belə davam edərsə, dəyərimin bilindiyi yerdə oynamağa çalışacağam”.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0