Cerard adam döydü və həbs edildi
29.12.2008 - 16:50
Cerard adam döydü və həbs edildi
İngiltərə yığmasının və “Liverpul” klubunun üzvü Stiven Cerard həbs edilib. Apasport.az saytının məlumatına görə, buna təcrübəli yarımmüdafiəçinin adı açıqlanmayan bir şəxsi döyməsi səbəb olub.

Hadisə Souzport şəhəri yaxınlığında yerləşən gecə klubunda baş verib. Dostları ilə “Nyukasl” üzərində qazanılan qələbəni (5:1) qeyd edən Cerard bir nəfərlə mübahisə edib. Daha sonra yumruqlar işə düşüb və naməlum şəxs üzündən aldığı zədələrlə xəstəxanalıq olub.
Hadisəni təsdiqləyən yerli polis Cerard və 5 dostunun saxlanıldığını açıqlayıb. 34 yaşlı zərərçəkmiş şəxsin isə sağlamlığının qaydasında olduğu bildirilib.
0