“Srvena Zvezda” Subaşiçi satmayacaq
29.12.2008 - 17:03
“Srvena Zvezda” Subaşiçi satmayacaq
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç “Srvena Zvezda” klubunda qalacaq. Apasport.az saytının məlumatına görə, Serbiya mətbuatı 26 yaşlı hücumçunun bu ilin yayından çıxış etdiyi komandanı dəyişməyəcəyini düşünür. Həmkarlarımız fikrincə, satışa çıxarılan digər oyunçulardan fərqli, müştərisi olmayan Subaşiç ən azı mövsümün sonunadək “Srvena Zvezda”da qalaraq, özünü sübut etməlidir.

Lakin heyətində üç hücumçu qalan Belqrad təmsilçisinin daha üç ön xətt hücumçusunu transfer etmək üzrə olması hər şeyin dəyişməsi ilə də nəticələnə bilər. Belə ki, Serbiyada yanvarın 12-də açılacaq transfer pəncərəsinin sonunadək klub rəsmiləri Branimirlə bağlı qərarın yenidən dəyişə bilər.

Qeyd edək ki, “Srvena Zvezda” mövsümün ikinci yarısının hazırlıqlarını yanvarın 8-də başlayacaq.
0