Vaqif Sadıqov: Halallıq olmayan yerdə nəticə qazanmaq qeyri-mümkündür
30.12.2008 - 13:25
“Standard”ın mənimlə maraqlanmasından xəbərim yoxdur. Səmimi deyirəm ki, bu klubla heç bir səviyyədə danışığım olmayıb”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.
Gürcüstanlı mütəxəssis Kaxaber Sxadadze “Standard”ın sükanı arxasında olduğu zaman Sadıqovun onun yerinə gətirilməsi ilə bağlı sualı “o, yalnız mən gedəndən sonra komandaya rəhbərlik edə bilər” deməklə cavablandırmışdı. Sxadadze klubla yollarını ayırandan sonra 49 yaşlı məşqçimizin adının yenidən gündəmə gəlməsi mümkün variantdır: “Adətən klublarda problem yarananda işsiz mütəxəssislərin adı hallanır. Ancaq mən canlı yerə göz dikmirəm. Halallıq olmayan yerdə nəticə qazanmaq qeyri-mümkündür”.
Baş məşqçi dəyişikliyini klub rəhbərliyinin səlahiyyətinə aid olduğunu deyən Sadıqov “Standard”ı çalışdırmaq perspektivinə belə münasibət bildirib: “Hansısa klubdan təklif alanda ilk növbədə məqsədi müəyyənləşdirmək lazımdır. Söhbət şəxsi yox, klubun məqsədindən gedir. Əgər iddia varsa, qarşıya müəyyən vəzifə qoyulubsa, planlı şəkildə fəaliyyət göstərmək mümkündür. Yoxsa müvəqqəti iş, vaxt keçirmək, öz xeyrini güdmək – bunlar mənlik deyil. Bir klubla işbirliyimiz yaranırsa, məqsəd, niyyət eyni olmalıdır”.
Qeyd edək ki, Sadıqov son illərdə artıq tarixin yaddaşına köçən Sumqayıtın “Gənclərbirliyi” klubunda vitse-prezident postunda çalışıb.

0
0