Nikolay Saviçev: Azərbaycan yığması ciddi rəqibdir
30.12.2008 - 14:07
Nikolay Saviçev: Azərbaycan yığması ciddi rəqibdir
Rusiyanın yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi Nikolay Saviçev yanvarın 5-11-i aralığında Sankt-Petrburqda təşkil olunacaq beynəlxalq turnirlə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis Azərbaycan yığması haqda yüksək fikirdə olduğunu bildirib.

“Qrupdakı rəqiblərimiz kifayət qədər güclüdürlər. Çili yığmasını yaxşı tanımıram. Yəqin ki, onlar topla yaxşı davranırlar. Azərbaycanın çox ciddi komandası var. Biz onlarla Avropa çempionatının birinci seçmə mərhələsində qarşılaşmışdıq. Belarus haqda da eyni sözləri deyə bilərəm. Bir sözlə, bizi asan mübarizə gözləmir” – deyə Saviçev bildirib.

Bununla belə, mütəxəssis komandasının turniri birinci pillədə başa vurmaq üçün mübarizə aparacağını da sözlərinə əlavə edib.
0