Araqones: “Fənərbaxça”ya gəlməyim böyük hadisədir
02.01.2009 - 10:46
Araqones: “Fənərbaxça”ya gəlməyim böyük hadisədir
“Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqones yeni il üçün arzularını dilə gətirib. Apasport.az saytının məlumatına görə, ispan çalışdırıcı bildirib ki, ən böyük diləyi 2009-cu ildə komandası ilə birgə Türkiyə çempionu olmaqdır.

“Ötən ili çox yaxşı keçirdim. İspaniya ilə qazandığım Avropa çempionluğunun ardından “Fənərbaxça” kimi bir klubdan təklif aldım. Bu komandanın sükanı arxasına keçmək mənim üçün çox böyük hadisədir” – deyə Araqones bildirib.

Türkiyədə çox xoşbəxt olduğunu vurğulayan çalışdırıcının fikrincə, düşüncə və ideyalarına görə “Fənərbaxça” ilə uyğun gəlir: “Bu an Türkiyədə olmaqdan çox xoşbəxtəm. Ən böyük arzum da uzun müddət bu klubda qalmaqdır. Mənimlə xeyli klublar maraqlanırdı. Amma “Fənərbaxça”da çalışmam çox önəmli idi. Çempionluğu qazanmaqla, azarkeşlərimizin də ili yaxşı keçirmələrini istəyirik”.
0