Arda Turan avtomobil qəzasına düşdü
03.01.2009 - 21:22
Arda Turan avtomobil qəzasına düşdü
“Qalatasaray” klubunun və Türkiyə yığmasının futbolçusu Arda Turan avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, Arda Əmrə Bələzoğlunun toyundan qayıdarkən qəzaya uğrayıb. Qəza barədə ətraflı məlumat verilməsə də, onun hadisə nəticəsində üzündən yüngül xəsarətlər aldığı bildirilir.

Səhhətində ciddi problem olmasa da, Arda hər ehtimala qarşı bu gün keçirilən məşqlərə qatılmayıb. “Qalatasaray” klubundan bildirilib ki, milli futbolçu sabah komanda yoldaşları ilə birlikdə məşqlərə başlayacaq.

0