Rusiyalı məşqçi: Azərbaycan yığmasının qapıçısının əla oyununu qeyd etməmək olmaz
08.01.2009 - 00:16
Rusiyalı məşqçi: Azərbaycan yığmasının qapıçısının əla oyununu qeyd etməmək olmaz
“Azərbaycan yığmasının qapıçısının əla oyununu qeyd etməmək olmaz”. Apasport.az saytının məlumatına görə, bunu Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXI beynəlxalq turnirdə Azərbaycan üzərində qələbədən sonra Rusiya yığmasının məşqçisi Sergey Baburin deyib.

2:0 hesabıyla qələbə qazandıqları oyunu dəyərləndirən Baburinin fikrincə, görüş komandası üçün çətin keçməməli idi: “Görüşün ortalarında biz topa daha çox sahib çıxdıq. Amma gəlin, rəqibin qapıçısının gözəl oyununu yaddan çıxarmayaq. İndi bizi Belarusla oyun gözləyir. Rəqibin Çili ilə maraqlı oyununa baxmışam”.

Qeyd edək ki, 19 yaşlılardan ibarət yığmamız növbəti oyununu Çiliyə qarşı keçirəcək.
0