Yaşar Vahabzadə hakimlərdən narazı qaldı
08.01.2009 - 00:29
Yaşar Vahabzadə hakimlərdən narazı qaldı
“Rusiya yığmasını təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Rusiyaya məğlub olduqdan sonra keçirilən mətbuat konfransında milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib. Rəqibə qarşıdakı görüşlərdə də uğurlar arzulayan Vahabzadə bildirib ki, əgər ruslar bu turniri qazansalar buna sevinər: “Biz 0:2 hesabıyla uduzsaq da, hakim səhvlərini də nəzərə almalıyıq. Onlar tez-tez səhvlərə yol verirdilər. Bu gün bizi dəstəkləmək üçün xeyli azarkeş toplaşmışdı. Amma çox təəssüf ki, yaxşı nəticə göstərə bilmədik. Oyunumuzu müdafiədən qurmuşduq, bilirdik ki, rəqib daha çox hücum edəcək. Rusiya millisi topla yaxşı davranırdı, yaxşı sürətə malik idilər”.
0