Azərbaycan yığmasına Rusiya və Ukraynadan futbolçular çağırılıb
08.01.2009 - 13:13
Azərbaycan yığmasına Rusiya və Ukraynadan futbolçular çağırılıb
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının (U-17) heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, baş məşqçi Bernard Lippertin sərəncamında 25 futbolçu olacaq.

Bunlar Andrey Popoviç, Anar Məhərrəmov, Kirilo Bejenar, Boqdan Stolyarenko, Ruslan Tağızadə, Emin Mehtiyev, Yasin Yaqubzadə, Murad İsgəndərli, Elnur Abdulov, Namiq Abdullazadə, Sabir Ramazanov, Nurlan Qurbanov, Elgiz Kərəmli, Hacı Əhmədov, Slavik Alxasov, Murad Qurbanov, Aleksey Qavrilyuk, Amit Quluzadə, Nicat Qurbanov, Zaur Hacızadə, Akif Tağıyev, Vasili Pinyaşko, Miroslav Lutnyonski, Mixail Popov və Dmitri Pirekupkadır.

U-17 yanvarın 12-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə çağırılan Akif Tağıyev Rusiyanın İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən, Punyaşko, Lutnyonski, Popov və Pirekupka isə Ukrayna klublarından cəlb olunub.
0