Ramal Hüseynov Türkiyədə
08.01.2009 - 14:52
“Bakı” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov Türkiyəyə yollanıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu qonşu ölkədə özünə yeni klub axtarır. Ramala bu işdə “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar yardımçı olur.
Xeyli vaxtdır vətənində olan Afşar Hüseynovun Türkiyənin I liqa klublarından birinə keçidinə çalışır. Bu məqsədlə vitse-prezident “Kasımpaşa”, “Altay”, “Malatyaspor” və “Karabükspor” komandaları ilə danışıqlar aparır. Türkiyə variantı alınmayacağı təqdirdə, “Bakı” rəhbərliyi Ramalı Azərbaycan Premyer Liqa klublarından birinə mövsümün sonunadək icarəyə verəcək.
Qeyd edək ki, Hüseynov az öncə “Girəsunspor”un maraq dairəsində olsa da, tərəflər maliyyə məsələlərinə görə, ortaq məxrəcə gələ bilməmişdilər.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0