“Kocaelispor” Rəşad Sadıqovla il yarımlıq müqavilə bağlayır
08.01.2009 - 15:26
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun Türkiyənin “Kocaelispor” klubuna keçidi reallaşır. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi 27 yaşlı müdafiəçi ilə il yarımlıq müqavilə bağlamaq qərarına gəlib. Bu haqda məlumatı Türkiyə mətbuatı yayıb.
Bir neçə gündür Antalyada hazırlıq keçən “Kocaelispor” rəsmiləri Rəşadın komandaya tam uyğunlaşması üçün sabahkı qarşılaşmanı gözləyirlər. Belə ki, sabah “Böyükşəhər Bələdiyyəspor”la yoxlama oyunu keçirdikdən sonra həmyerlimizlə münasibətlərin rəsmiləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Sadıqovun transfer hüquqları “Neftçi”yə məxsusdur.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0