Azərbaycan və Almaniya klubları qarşı-qarşıya
08.01.2009 - 16:09
Azərbaycan çempionu və kubokun sahibi “Bakı” klubu Almaniya Bundesliqasında mübarizə aparan “Köln”lə qüvvəsini sınaya bilər. Apasport.az saytının məlumatına görə, bu komandalar arasında yanvarın 18-də Türkiyənin Antalya şəhərində yoxlama oyunu keçiriləcəyi gözlənilir.
Qış fasiləsinə 2-ci yerdə yollanan “Bakı”nın rəqibi Almaniya çempionatında ilk dövrədən sonra 18 komanda arasında 11-ci pillədə qərarlaşıb. Onu da xatırladaq ki, “Köln”ü “Fənərbaxça” və “Beşiktaş” klublarının sabiq baş məşqçisi Kristof Daum çalışdırır. Alman mütəxəssisin ötən il Bundesliqaya vəsiqə qazandırdığı komandanın əsas qapıçısı “Qalatasaray”da çıxışı ilə tanınan kolumbiyalı Fərid Mondraqondur.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0