Kriştianu Ronaldo avtomobil qəzasına düşdü
08.01.2009 - 16:56
2008-ci ildə Avropanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldo avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, Portuqaliya yığmasının və “Mançester Yunayted”in 24 yaşlı yarımmüdafiəçisi bu gün səhər saatlarında bədbəxt hadisə ilə üzləşib.
Ronaldonun idarə etdiyi “Ferrari” markalı avtomobil Mançester hava limanının yaxınlığında yolun kənarındakı hasara girib. Polisin məlumatına görə, Ronaldonun avtomobilindən başqa digər nəqliyyat vasitələrinə heç nə olmayıb. Futbolçunun özü isə yüngül xəsarət alıb. İnsidentlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Qızıl top”a layiq görülən Ronaldo yanvarın 12-də dünyanın ən yaxşı futbolçusuna veriləcək “Brilyant top” mükafatına da əsas namizəddir.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0