Azərbaycan futbolçuları Antalyada qripə yoluxublar
12.01.2009 - 18:23
“İnter” Antalya şəhərindəki təlim-məşq toplanışında problemlə üzləşib. Bu haqda apasport.az saytına məlumat verən komandanın baş məşqçisi Valentin Xodukinin sözlərinə görə, bəzi futbolçular qripə yoluxub. Ukraynalı mütəxəssis milli komandamızın da üzvləri olan Cavid Hüseynovla Xaqani Məmmədovun bu səbəbdən izolyasiya edildiyini bildirib: “Düşərgəmizdə qrip infeksiyası yayılıb. Cavidlə Xaqani bu səbəbdən məşqlərdən kənarda qalıb. Futbolçularımızın hərarəti 39 dərəcəyə yüksəlib. Müalicə olunan Hüseynovla Məmmədovun vəziyyətlərini yaxşılaşdırmağa çalışırıq”.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0