Azərbaycanlı futbolçunun siftəsi kor oldu
12.01.2009 - 18:58
Azərbaycanlı futbolçunun siftəsi kor oldu
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının futbolçusu Vasif Əliyevin Türkiyə karyerası başlamamış qurtarıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi birinci liqada çıxış edən “Girəsunspor” klubundan rəsmən ayrılıb.

Komandanın baş məşqçisi Əli Ərənin bəyənmədiyi Vasif özünə yeni klub axtarışına çıxıb. “Girəsunspor”un Əliyevin qarşısında qoyduğu şərt onu bu addım atdığı atmağa məcbur edib. Belə ki, futbolçumuz komandada qalsa da, daim oynayacağına təminat olmamağını qəbul etməyib. Türkiyənin aşağı liqasının digər təmsilçilərindən birinə keçməyə çalışan Vasifin bu cəhdi də uğursuz alınıb. Belə olan halda, geri qayıtmağa qərara alan yarımmüdafiəçi sabah vətəndə olacaq.

Qeyd edək ki, ilk dövrədə “Bakılı”da çıxış edən Əliyev türklərlə “6 ay + 1 il” şərti ilə müqavilə imzalamışdı. Dövrlərarası fasilə olduğu üçün Vasif rəsmi oyunlarda yox, ümumilikdə üç həftəlik hazırlıq prosesində iştirak edib. Anlaşmanı pozan Girəsun təmsilçisi futbolçumuza yeni kluba keçidinə imkan yaradıb.
0