“Neftçi” klubu legionerlərdən imtina etdi
13.01.2009 - 11:01
“Neftçi” klubu legionerlərdən imtina etdi
Türkiyədə hazırlığını davam etdirən “Neftçi” klubu baxışa çağırdığı legionerləri geri qaytarıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Hans-Yurgen Gede Litva yığmasının yarımmüdafiəçisi Tadas Papeskis, onun həmyerlisi Aleksander Arkadius və alman Peter Noymanı bəyənməyib. Gedenin Rumıniyanın birinci liqasında çıxış edən “Proqressul” klubundan gələn Marius Eneni də geri qaytaracağı istisna deyil. Belə ki, rumın hücumçu daha bir oyunda yoxlanıldıqdan sonra haqqında son qərar veriləcək.

İlk olaraq ABŞ gənclər yığmasının 23 yaşlı sabiq futbolçusu Teddi Nizoleki geri göndərən “Neftçi” hücumçu ilə orta sahəyə də oyunçu axtarır. Bu məqsədlə Antalyaya baxışa iki yarımmüdafiəçi dəvət olunub. Bunlar Rumıniyanın “Politexnika” klubundan Leonard Naydin və Litva yığmasının oyun qurucusu Mindauqas Kalonasdır. Sonuncu “Bohemians” klubunun heyətində İrlandiya çempionluğunu qazanıb.
0