UEFA rəsmiləri Azərbaycanda
13.01.2009 - 11:41
UEFA rəsmiləri Azərbaycanda
AFFA tərəfindən təşkil olunan UEFA-nın B kateqoriyalı kurslarının üçüncü mərhələsi başlayıb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu mərhələdə məşqçilərdən imtahan götürüləcək. Seminar iştirakçıları UEFA-nın Məşqçilərin Tədris Komitəsinin 2 üzvü - Franko Ferrari və Paolo Piani qarşısında imtahan verməli olacaq. Çalışdırıcılar iki gün hazırlaşaraq, yanvarın 14-16-da imtahan verəcək.

İmtahanlar yığma komandaların planlarına da təsir edib. Buna səbəb seminara rəhbərlik edən U-15-in baş məşqçisi Oliver Pelzerlə yanaşı U-17 və U-21-in baş məşqçisi Bernhard Lippertin tədbirdə iştirak etməsidir. Mütəxəssis 17 yaşlıların yanvarın 15-dən 26-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək toplanışına 2 gün gec, ayın 17-də qatıla biləcək.
0