65 milyon avroluq futbolçu
13.01.2009 - 13:01
65 milyon avroluq futbolçu
“Barselona” Fransa yığmasının futbolçusu Kərim Benzemanı transfer etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, kataloniyalılar hücumçunun çıxış etdiyi Fransanın “Lion” klubuna 65 milyon avro ödəməyə hazırdır. “Barselona”nın yayda gerçəkləşdirmək istədiyi keçidə isə klubun əbədi rəqibləri mane ola bilər. Belə ki, digər ispan komandası “Real”, həmçinin “Mançester Yunayted” futbolçuya elçi düşüb. İngilislər yalnız argentinalı futbolçu Karlos Teves komandanı tərk edəcəyi halda Kərimin xidmətinə ehtiyac duyacaq. “Real” isə Benzema uğrunda mübarizənin əsas favoritidir. Belə ki, futbolçu özü “Kral klubu”nun azarkeşi olduğunu etiraf edib.
Qeyd edək ki, Fransa milli komandasında 19 matça 5 qol vuran Benzema 2007/08 mövsümündə 20 qolla ölkə çempionatının ən yaxşı bombardiri olub.
0