Boluda İlqar Qurbanovun ulduzu parlamadı
13.01.2009 - 14:31
Boluda İlqar Qurbanovun ulduzu parlamadı
Türkiyənin “Bolu olay” qəzeti Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Qurbanova həsr olunan yazı dərc edib. Apasport.az saytının məlumatına görə, həmkarlarımız 23 yaşlı yarımmüdafiəçinin hazırda çıxış etdiyi “Boluspor” klubundakı oyununu dəyərləndirib. 17 çempionat matçından yalnız 8-də meydana çıxıb cəmi 338 dəqiqə mübarizə aparan İlqarın iki qoluna baxmayaraq, türkiyəlilər onun uğursuzluğa düçar olduğunu düşünür: “Boluspor”da ulduzu parlamadı. “Futbol mənim hər şeyimdir” deyən futbolçu zədələrdən yaxasını qurtara bilmədi. “Sivasspor”dan icarəyə götürülən yarımmüdafiəçinin keçidi “Boluspor” camiyəsinə böyük həyəcan bəxş etmişdi. İndi azarkeşlər İlqarın ikinci dövrədəki çıxışı ilə komandaya daha çox xeyir verəcəyini gözləyir”.

İlqarın karyerasına həsr olunan yazıda “Fənərbaxça” klubunda avtobus sürücüsü işləyən atası Bayram Qurbanovun köməyi ilə yeniyetmələrdən ibarət komandaya gəlməsindən, İstanbul təmsilçisindəki uğurlarından da bəhs olunub.
0