Azərbaycan yığmasının kapitanı “Brilyant top”un sahibini tapıb
13.01.2009 - 15:15
Azərbaycan yığmasının kapitanı “Brilyant top”un sahibini tapıb
Azərbaycan yığmasının kapitanı “Brilyant top”un sahibini düzgün müəyyənləşdirə bilib. Apasport.az saytının məlumatına görə, qadınlardan ibarət millimizin futbolçusu Anna Ələkbərova FİFA-nın baş məşqçi və kapitanlar arasında keçirdiyi sorğuda dünyanın ən yaxşı oyunçusuna səs verib.

Belə ki, xanım futbolçumuzun birinci yerə layiq bildiyi braziliyalı Marta sonda 1002 xal toplayaraq mükafata yiyələnib. Lakin Ələkbərovanın ikinci və üçüncü yerə layiq bildiyi oyunçular nəticədə həmin mövqeyə layiq olmayıb. Kapitanımızın sıralamasında Martanı izləyən digər braziliyalı Kristian sonda üçüncü, üçüncü göstərdiyi ABŞ futbolçusu Boks Şennon isə altıncı olub.

Yığmamızın baş məşqçisi Şamil Heydərovun sıralaması isə yekun nəticəyə uyğun gəlməyib. Belə ki, təcrübəli mütəxəssis ilk “üçlük”də Prins Birgit (Almaniya), Kelli Smit (ABŞ) və Martanı layiq bilib. Braziliyalı sorğunun qalibi olubsa, almaniyalı ikinci, amerikalı isə 5-ci olub.

Qeyd edək ki, 1002 səs toplayan Martanın izləyiciləri Prins 328, Kristina isə 275 xal toplayıb. Ümumilikdə isə 242 respondentdən yalnız 67-si Martanın birinci olmasını qəbul etməyib.
0