Türkiyədə klubların vergi faizləri azaldılıb
13.01.2009 - 16:10
Türkiyədə klubların vergi faizləri azaldılıb
Türkiyə hökuməti başda “Qalatasaray” olmaqla, ölkə klublarını sevindirən qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, adi fiziki şəxslər və şirkətlərin 30 faiz həcmində ödəməli olduğu vergilər klublar üçün 4 faizədək endirilib. Bundan başqa, maliyyə nazirliyi onların borclarını ödəməsi üçün daha 10 il möhlət verib. Türk klublarının borcları siyahısında aşkar lider “Qalatasaray” olduğundan bu qərar da daha çox “sarı-qırmızılar”ı sevindirib. Belə ki, klubların ümumi borcunun 70 faizi onların hesabındadır. Digər 30 faizə malik olan klubların siyahısına isə “Ankaragücü”, “Bursaspor” və hazırda azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovu baxışdan keçirən “Kocaelispor” liderlik edir. Ümumilikdə, yalnız üç türk klubu – “Fənərbaxça”, “Beşiktaş” və “Ankaraspor”un heç bir borcu yoxdur.
0