“Real” Ronaldoya 115 milyon avro ödəyəcək?
13.01.2009 - 16:20
“Real” Ronaldoya 115 milyon avro ödəyəcək?
Ötən il həm Avropanın, həm də dünyanın ən yaxşı futbolçusu seçilən “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Kriştiano Ronaldonun “Real”a keçidi ilə bağlı xəbərlər səngimir. Apasport.az saytının məlumatına görə, Madrid klubunun prezidenti Roman Kalderonun 24 yaşlı portuqaliyalı və onun agenti Jorje Mendeşlə məsələni razılaşdırdığı bildirilir. Buna əsasən, Ronaldo cari mövsüm bitəndən sonra, yayda “Real”ın futbolçusu olacaq. Bu transferin məbləği 85 milyon avro qiymətləndirilir. Ancaq madridlilərin “Mançester Yunayted”lə yanaşı, Kriştianunun özünə də ödəyəcəyi pulu nəzərə alsaq, məbləğ 115 milyona gəlib çıxır. Futbolçunun agenti sövdələşmədən komisyon haqqı kimi 8 milyon avro əldə edəcək. Hazırda ildə bu qədər qazanan Ronaldonu “Real”da illik məvacibi 12 milyon avro olacaq.
0