“Bakı” - “Köln” matçının vaxtı dəqiqləşib
13.01.2009 - 18:02
“Bakı” - “Köln” matçının vaxtı dəqiqləşib
“Bakı” klubunun Almaniyanın Bundesliqa təmsilçisi “Köln”lə keçirəcəyi yoxlama oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, komandamız Kristof Daumun yetirmələri ilə yanvarın 18-də görüşəcək. Həmin vaxt Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək “Bakı” bir neçə komanda ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Köln”lə komandamızın məskunlaşdığı “Titanik” otelinin meydançasında keçiriləcək görüş saat 12:30-da başlayacaq.
0