“Xəzər-Lənkəran” avrokubok matçlarını Lənkəranda keçirəcək
13.01.2009 - 18:36
“Xəzər-Lənkəran” avrokubok matçlarını Lənkəranda keçirəcək
FİFA “Xəzər-Lənkəran” futbol klubunun Avropa kuboklarındakı ev oyunlarını Lənkəran şəhər stadionunda keçirməsinə icazə verib. Bu barədə lent.az-a eksklüziv açıqlamasında klubun prezidenti Mais Mənsimov məlumat verib.

Onun sözlərinə görə, bir müddət öncə Azərbaycana gələn FİFA nümayəndələri Lənkərandakı stadionun vəziyyəti və yerli infrastrukturla tanış olublar. Bu yaxınlarda isə ali futbol qurumu “Xəzər-Lənkəran”a göndərdiyi məktubda klubun Avropa kuboklarındakı ev oyunlarını öz meydanında keçirməsinə heç bir problem görmədiyini yazıb: “Əvvəllər problem Lənkəranda beynəlxalq hava limanının olmaması ilə əlaqədar idi. Artıq bu problem də həllini tapıb. Bundan sonra FİFA nümayəndələri Lənkərandakı vəziyyətlə tanış olaraq Avrokubok matçlarımızı öz meydançamızda keçirməyimizə icazə veriblər”.

Artıq “Xəzər-Lənkəran” UEFA-ya göndərdiyi məktubda bu mövsüm Avropa kuboklarına vəsiqə qazanacağı təqdirdə, rəqiblərini qəbul edəcəyi əsas arena kimi Lənkəran şəhər stadionunu göstərib. Ehtiyat variant kimi Tofiq Bəhramov adına Respublika stadionunun adı qeyd olunub.
0