İqor Ponomaryovun ilk qələbəsi
13.01.2009 - 18:39
İqor Ponomaryovun ilk qələbəsi
“Xəzər-Lənkəran” Türkiyədəki hazırlıq prosesinə qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi Türkiyənin aşağı divizionunda çıxış edən “Adana Dəmirspor” klubunu 3:1 hesabı ilə məğlub edib. Bununla da, “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov qeyri-rəsmi oyunda olsa belə, “siftə”sini qələbə ilə qeyd edib.
Komandamızdan qolların müəllifləri legionerlər – braziliyalılar Juninyo Osvaldo, Romulo Silvano və litvalı Audrius Veykitus olub.

Qeyd edək ki, “Xəzər-Lənkəran” sabah Qazaxıstanın “Aktobe”, yanvarın 16-da Rusiyanın “Salyut-Enerji” klubu ilə görüşəcək.
0