Fatih Terim Azərbaycana gələcəyinə söz verdi - FOTO
13.01.2009 - 18:58
Fatih Terim Azərbaycana gələcəyinə söz verdi - FOTO
“Bakı” klubu Türkiyə yığmasının baş məşqçisi Fatih Terimi Azərbaycana dəvət edib. Apasport.az saytının məlumatına görə, “İmpertor”a dəvəti komandanın məşqçiləri Məqsəd Yaqubəliyevlə Yüksəl Kepoğlu çatdırıblar. Dəvəti böyük məmnuniyyətlə qəbul edən Terim bu səfərin reallaşmasının Türkiyə millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya ilə keçirəcəyi matçdan sonra mümkün olacağını bildirib. Bu səbəbdən ünlü məşqçinin ölkəmiz gəlişi aprel ayında baş tuta bilər.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının Antalyada düzənlədiyi məşqçilərin hazırlıq səviyyəsinin artırılmasına həsr edilən 21-ci beynəlxalq konfransda məşqçilərimizlə yanaşı, Terim, Fabio Kapello, Luis Araqones kimi tanınan mütəxəssislər də qatılıblar.
0