Bakıda oynayan legioneri aldadıblar
13.01.2009 - 19:08
Bakıda oynayan legioneri aldadıblar
Bakının “İnter” klubunun sabiq belaruslu hücumçusu Vladimir Makovskinin Sloveniyada çıxışı baş tutmayıb. Apasport.az saytının məlumatına görə, bu ölkənin təmsilçiləri 32 yaşlı futbolçuya “atıblar”. Sloveniyada oynamaq variantı olan Vladimir bu ölkəyə yollanaraq, tibbi müayinədən keçib: “Mənimlə yeni ildən sonra əlaqə saxlayacağını dedilər. Ancaq sonradan səs-səmir çıxmadı, özüm isə zəng edəsi deyiləm. Yeni mövsümə elə də çox vaxt qalmadığından, gələcək karyeramı müəyyənləşdirməliyəm. Bu zaman vətənimdə “Qranit” klubundan təklif aldım. Hazırda bu komanda ilə Brestdə təlim-məşq toplanışındayam. Böyük ehtimalla “Qranit”lə bir illik müqavilə bağlayacağam. Sabah baş məşqçi gələcək və məsələni həll edəcəyik. Qarşıdakı iki gündə transferə tam aydınlıq gələcək”.
0