9 klub ev oyunlarını Tofiq Bəhramov stadionunda keçirəcək
14.01.2009 - 00:17
9 klub ev oyunlarını Tofiq Bəhramov stadionunda keçirəcək
2009-2010-cu il mövsümündə Avropa kuboklarında çıxış etməyə iddialı klublarımızın ev oyunlarını keçirəcəyi stadionlar məlum olub.

“İnter”, “Bakı”, “Simurq”, “Xəzər-Lənkəran”, “Karvan”, “Olimpik”, “Qarabağ”, “Neftçi” və “Qəbələ” klubları Tofiq Bəhramov adına Respublika stadionu ilə müqavilə bağlayıblar. “Standard”, “Bakılı”, “Muğan” və MOİK və “Turan” isə Avrokuboklara vəsiqə şanslarını itirdikləri üçün müvafiq anlaşmaya lüzum görməyiblər.

Bu haqda Lent.az-a stadionun direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, “İnter” və “Xəzər-Lənkəran” mərkəzi arenanı ehtiyat, qalan klublarımız isə əsas meydança kimi müəyyənləşdiriblər.

“Xəzər-Lənkəran” artıq Avrokuboklarda ev oyunlarını Lənkəran şəhər stadionunda keçirməyə razılıq alıb. “İnter” isə əcnəbi rəqiblərini “Şəfa” stadionunda qəbul edəcəyinə ümidlidir. Bu, stadionun süni örtüklü meydançasına FİFA-nın lisenziya verəcəyi halda baş tutacaq.
0