Hakan Şükür azərbaycanlı futbolçu ilə işləmək istəmədi
14.01.2009 - 10:29
Hakan Şükür azərbaycanlı futbolçu ilə işləmək istəmədi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovu baxışdan keçirən Türkiyənin “Kocaelispor” klubu baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, ciddi maliyyə problemləri ilə üzləşən Superliqa təmsilçisinin prezidenti Sərhan Gürkan daha iki şəxsi bu posta dəvət edib. O, türk futbolunun məşhur simalarından olan Bülənt Uyğunun məsləhətiylə Yüksəl Yeşilova ilə ilkin razılıq əldə edib. Bununla kifayətlənməyən, çalışdırıcının son anda fikrindən daşınacağından çəkinən klub prezidenti digər mütəxəssis Hikmət Karamanı da danışıqlar üçün Antalyaya çağırıb.

Gürkan ona kömək etməyə çalışan Büləntlə birgə Türkiyə futbolunun əfsanəsi Hakan Şükürlə də görüşüb. Belə ki, dahi futbolçuya “Kocaelispor”un baş məşqçi postu təklif olunub. Lakin Antalyada baş tutan görüş Gürkan üçün müsbət nəticə verməyib. Hakan Rəşadın hazırda düşərgəsində yer aldığı komandanı çalışdırmaqdan imtina edib: “Təklif üçün çox sağ olun. Lakin mənim öz planlarım, öz arzularım var”.
0