“İnter”in rəqibi qələbələri sıralayır
14.01.2009 - 10:32
“İnter”in rəqibi qələbələri sıralayır
“MDB və Baltika ölkələrinin çempionlarının Birlik kuboku” turnirində Bakının “İnter” klubunun rəqibi olan “Ventspils” Litva toplanışına yekun vurub. Apasport.az saytının məlumatına görə, Latviya çempionu qonşu ölkədə keçirdiyi son yoxlama matçında “Kaunas”la görüşüb. Komandaların iki heyətləri arasında baş tutan qarşılaşmalarda “Ventspils” 2:0 və 5:1 hesabı ilə qalib gəlib. İlk iki oyunda da Litva klubları – “Ekranas” (3:3) və “Kaunas”ı (2:0) sınağa çəkən “İnter”in rəqibi “Birlik kuboku”na məğlubiyyətsiz yollanır. “Ventspils” Rusiyanın Moskva şəhərində təşkil olunan turnirə sabah yollanacaq.
Qeyd edək ki, “İnter” – “Ventspils” oyunu yanvarın 20-də, qrup mərhələsinin son turunda keçiriləcək.
0