Rəşad Sadıqovu problemli məşqçi çalışdıracaq?
14.01.2009 - 11:06
Rəşad Sadıqovu problemli məşqçi çalışdıracaq?
Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldığı Türkiyənin “Kocaelispor” klubunun potensial baş məşqçisi Yüksəl Yeşilova Rumıniyada ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisinin razılıq əldə etdiyi türk mütəxəssis işlədiyi “Styaua”da dini ayrı-seçkiliyin qurbanı olub. Komandada fiziki hazırlıq üzrə məşqçi kimi çalışan Yüksəl vəzifəsindən məhz bu səbəbdən kənarlaşdırıldığın söyləyir. O, buna arqument kimi klubun sahibi Cici Bekalini ictimaiyyətə bildirdiyi “Styaua” – xristian komandasıdır. Fikrimcə, son uğursuzluqlarımız bu türk məşqçi ilə bağlıdır. Onu daha görmək istəmirəm. Futbol geyimlərində və avtobusunda xristian xaçı olan komandada müsəlmanı saxlamaq olmaz” fikrini göstərib.

İndi FİFA bu məsələ ilə araşdırma aparır. Əgər Yeşilovanın ittihamı təsdiqlənərsə, onda “Styaua”nı ciddi cəza, hətta avrokuboklardan kənarlaşdırılmaq təhlükəsi gözləyir. Üstəlik, nəzərə alaq ki, bu, klub üçün ilk belə hal deyil.
0