“Tom”un baş məşqçisi: “İnter”lə oyunda çox şey gözləyirdim
14.01.2009 - 11:48
“Bakı “İnter”i ilə görüş birmənalı təəssürat oyatmadı. Bir tərəfdən oyun alındı, digər tərəfdən isə bizi məyus etdi”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın Premyer Liqasında çıxış edən “Tom” klubunun baş məşqçisi Valeri Nepomnyaşi deyib.
Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesində keçirdikləri ilk yoxlama oyununda son Azərbaycan çempionuna uduzan (0:1) Tomsk təmsilçisinin çalışdırıcısı yetirmələrindən daha çox şey gözləyirmiş: “Oyun ona görə alınmadı ki, komandamıza hücum xəttində aqressivlik çatışmadı. Halbuki, biz təşəbbüsə malik idik, ancaq rəqib qapısına təzyiq kifayət qədər deyildi. Mən ilk növbədə futbolçulara aqressivliyi artırmağın vacib olduğunu deyəcəyəm. Futbolçuların ağır yükləmələrin altında olduğunu nəzərə alsaq, hərəkətsizliyin az olması başa düşüləndi. Hər halda, “İnter” ilə oyunda çox şey gözləyirdim. İkinci neqativ məqam – cinahlarda, xüsusilə solda zəif oynamağımızdır. Sevindirici məqam odu ki, hələ ötən mövsümün sonunda zədələnən futbolçularımız qayıdaraq, pis təsir bağışlamadılar”

- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0