Fernando Moryentes “Qalatasaray”a gəlir
14.01.2009 - 12:25
Türkiyənin “Qalatasaray” klubu ispaniyalı hücumçu Fernando Moryentesin transferini yayadək təxirə salıb. Apasport.az saytının məlumatına görə, cari mövsüm Harri Kyuell və Milan Baroş kimi oyunçularla güclənən İstanbul təmsilçisi 32 yaşlı futbolçunun komandaya bu ay keçməsini gerçəkləşdirə bilməyib. “Qalatasaray” İspaniyanın “Valensiya” komandasında heyətə düşə bilməyərək ehtiyat oyunçular skamyasında gün keçirən Moryentesi yarım illik icarəyə götürmək niyyətində idi. Lakin pireneylilərlə pul məsələsində ortaq məxrəcə gəlməyən istanbullular bu istəklərini müvəqqəti dondurmalı olub. Futbolçunun meneceri ilə əlaqə saxlayan “Qalatasaray” transferi iyulda gerçəkləşdirməklə bağlı Fernandonun müsbət cavabını alıb. Yayda “Valensiya”ya para ödəmədən futbolçuya sahib çıxacaq türkiyəlilərin Moryenteslə ili 2 milyon dollarlıq müqavilə bağlamaq fikrindədir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0