“Qəbələ”: dördü getdi, ikisi gəldi
14.01.2009 - 15:34
“Qəbələ”: dördü getdi, ikisi gəldi
“Qəbələ” klubu daha iki legioneri baxışdan keçirir. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi bolqar müdafiəçi Peyço Deliminkovla serb yarımmüdafiəçi Duşan Vudoyeviçi sınayır. Vətənində “Nafteks” (2004-06), “Çernomorets 919” (2006-07), “Beroe” (2008) klublarında çıxış edən 24 yaşlı Payço 2007-ci ildə Maltada “Pieta” komandasında oynayıb. Deliminkov cari mövsümdən Bolqarıstanın “Minyor” klubunun şərəfini qoruyur. 30 yaşlı Vidoyeviç isə buna qədər Yunanıstanda legioner həyatı yaşayıb. Bu ölkədə üç il çıxış edən Duşan PAS (2002-2003) və “Kerkira” (2004-05) klublarında çıxış edib. Vətənində “Rad” (1998-2002), “Vozdovax” (2006-08) klublarının şərəfini qorumuş serbin son komandası “Banat”dır. O, bu komandanın heyətində 13 oyunda 1 qol vurub.

Qeyd edək ki, “Qəbələ” baxışa çağırdığı futbolçulardan dördünü artıq geri qaytarıb. Belə ki, Aleksandr Kulik və Qurban Əliyevdən sonra eston hücumçu Nikolay Losanovla serb müdafiəçi Miodraq Stefanoviç də bəyənilmədiyi üçün vətənlərinə yola düşüblər. Hazırda düşərgədə 8 əcnəbi futbolçu var. Bunlar braziliyalılar - Vanderlan Barboza, Emerson Luis və Tomas Vesley, polşalı Tomaş Stolpa, moldovalı Anatoli Ostap və gürcü Mirza Merlianidir.
0