Bronislav Çervenka “İnter”i tərk etmək istəyir
14.01.2009 - 15:56
Bronislav Çervenka “İnter”i tərk etmək istəyir
Çexiyalı yarımmüdafiəçi Bronislav Çervenka “İnter”i tərk etmək istəyir. Apasport.az saytının məlumatına görə, yayda Makedoniyanın “Rabotniçki” klubu ilə səfər qarşılaşmasında vurduğu qolla (1:1) komandasının ÇL-də mərhələ adlamasına yardımçı olan 34 yaşlı futbolçu yenidən vətənində oynamaq arzusundadır. Bronislav bildirib ki, “İnter” hələ ötən ilin noyabrında onunla müqaviləni uzatmaq istəyirmiş: “Onların bu fikirdə qalıb-qalmamaqlarını bilmirəm. Müqavilə məsələsini ailəmlə müzakirə etməliyəm. Mən burada təkəm. Xanımım da Çexiyada tək qalıb, işə gedib-gəlir. Oğlum isə “Zlin” klubunun uşaq komandasında hazırlaşır. Nə edəcəyimi bilmirəm. Ailəmdən ayrı yaşamaq mənim üçün zərbədir. Çexiya klublarında oynamağım yaxşı olardı. Yayda vətənə qayıdıb yüksək səviyyədə oynamaqda davam edəcəyəm”.

Ölkəmizdə yeganə çexiyalı futbolçu olan Bronislav sabiq komandasından hər hansı oyunçunun ölkəmizə gəlməsinə daha vasitəçi olmayacaq. Çervenka fikrini belə əsaslandırıb: “İnter” bir mövqeyə oyunçu transfer etmək istəyirdi. Yaxşı tanıdığım Yan Krausu tövsiyə etdim. Sonda keçid alınmadı. Yan mənə dedi ki, klub prezidenti ilə razılaşmayıb. İndi onun qarşısında pis vəziyyətdə qalmışam. Klubumuza müdafiəçi lazımdır. Yenə eyni halla üzləşməmək üçün “Jlin”dən heç kimin namizədliyini demərəm. Komandamızda 16 legioner olduğundan rəhbərlik əcnəbi transfer etmək fikrində deyil”.

Qeyd edək ki, 207-ci ilin yayında “İnter”ə keçən Çervenka Azərbaycan Premyer Liqasında 29 matçda meydana çıxaraq bir qol vurub.
0