Rəşad Sadıqovla Ramal Hüseynov “Kocaelispor” klubuna lazım deyil!
14.01.2009 - 16:28
Rəşad Sadıqovla Ramal Hüseynov “Kocaelispor” klubuna lazım deyil!
Antalya şəhərində təlim-məşq toplanışında olan Türkiyənin “Kocaelispor” klubu bu dəqiqələrdə növbəti yoxlama oyununu keçirir. Apasport.az saytının məlumatına görə, Kocaeli təmsilçisi hazırda “Bilyoner.com” turnirinin son turu çərçivəsində “Qaziantepspor”la matçda mübarizə aparır. Komandanın düşərgəsində olan azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynov isə qarşılaşmanın iştirakçıları arasında yoxdur. Belə ki, komandaya rəhbərlik edən Aykut Okan bu iki futbolçuya nəinki əsas heyətdə, heç ehtiyat oyunçular skamyasında da yer verməyib.

Qeyd edək ki, “Kocaelispor”un heyətində əvvəlki yoxlama matçlarında debüt edən Rəşaddan fərqli, Ramal hələ komandanın heyətində meydana çıxmayıb.
0