Zimbabveli hücumçu: 250 min avro verin, “Bakı”ya gəlim
14.01.2009 - 16:41
Zimbabveli hücumçu: 250 min avro verin, “Bakı”ya gəlim
Zimbabve yığmasının hücumçusu Jozef Nqvenja “Bakı” klubundan 250 min avro istəyir. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, Türkiyənin Superliqa təmsilçisi “Antalyaspor”da çıxış edən 28 yaşlı futbolçu “Bakı”da bir illik müqavilənin qarşılığında bu qədər pul istəyir: “Ancaq biz Jozefin transferinin qarşılığında bu qədər xərcə düşmək fikrində deyil. Çünki bir il üçün 250 min avro bizim üçün çoxdur. Sabah Antalyaya təlim-məşq yollanırıq. Orada Nqvenjanın transferi ilə bağlı danışıqlarımız olacaq. Biz ona bir ilə 150 min dollar verməyə hazırıq”.

Afşar bildirib ki, Nqvenjanın transferi üçün “Antalyaspor”a kompensasiya ödəmək lazım deyil: “Çünki zimbabveli artıq sərbəst futbolçudur. Jozef problemi olduğu “Antalyaspor”dan ayrılıb. Ortaq məxrəcə gəlsək, transferi reallaşdıracağıq. Jozef yüksək səviyyəli hücumçudur. Belə olmasaydı, “Bavariya” onu sınamağa qərar verməzdi. Devid Bekhemin müqavilə ilə məxsus olduğu ABŞ-nın “Los-Anceles Qalaksi” klubunda üç il çıxış etmiş Nqvenya cari mövsümdə “Qalatasaray”a qol vurub. Onu ala bilsək, başqa hücumçuya elə də ehtiyacımız olmayacaq”.
0