“Xəzər-Lənkəran” baxışa gələnlərdən birini qaytarıb, birini saxladı
29.01.2009 - 13:32
“Xəzər-Lənkəran” baxışa gələnlərdən birini qaytarıb, birini saxladı
“Xəzər-Lənkəran” klubu litvalı hücumçu Nerjius Vasilyauskası bəyənməyib. Komandanın baş məşqçisi İqor Ponomaryovun apasport.az saytına verdiyi məlumata görə, 32 yaşlı futbolçu geri qaytarılıb. Ponomaryov Almaniyanın “Aale” klubu ilə yoxlama oyununda (3:2) əsas heyətdə şans verdiyi litvalı futbolçudan razı qalmayıb. Artıq geri qaytarılan Nerjiusun Azərbaycana çıxış etməklə bağlı ikinci cəhdi də uğursuz alınıb.

Belə ki, ötən yay UEFA kuboku oyunları öncəsi Bakının “Olimpik” klubuna baxışa gələn təcrübəli futbolçunun həmin vaxt da transferi baş tutmamışdı. Ponomaryov baxışda olan digər legionerin isə transferində maraqlıdır. Bu, Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesinin ilk günlərində baxışa gələn əlcəzair əsilli İsveç vətəndaşı Bençenadır. Ponomaryov bu orta sahə oyunçunun transferini rəhbərliklə müzakirə etmək fikrindədir.
0