İqor Ponomaryov: Onun ayağı çatlayıb
29.01.2009 - 13:43
İqor Ponomaryov: Onun ayağı çatlayıb
“Xəzər-Lənkəran”nın futbolçusu Rəşad Abdullayev Azərbaycan Premyer Liqasının ikinci dövrəsinin ilk turlarını buraxacaq. Komandanın baş məşqçisi İqor Ponomaryov apasport.az saytına açıqlamasında bildirib ki, 28 yaşlı futbolçu ağır zədə alıb. Almaniyanın “Aale” klubunu 3:2 hesabı ilə məğlub etdikləri yoxlama oyununda sıradan çıxan Rəşad gələn ay meydana çıxa bilməyəcək: “Hazırda mənim üçün ən böyük narahatçılıq Abdullayevin ciddi zədələnməsidir. Ona görə üzülürəm ki, Rəşad yaxşı formada olduğu halda, son yoxlama oyununda uzun müddətə sıradan çıxdı. Futbolçunun ayağında çat yaranıb və ayağına gips qoyulub. Abdullayev ən azı bir ay oynamayacaq. İndi belə çıxır ki, Rəşadın uzun müddətə oynamağı ilə əlaqədar daha iki cinah yarımmüdafiəçisinə ehtiyacımız yaranıb”.
0